Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edən sənədi imzalayıb. Bu yeniliklər moped və oxşar nəqliyyat vasitələrinin idarə edilməsini daha ciddi nəzarət altına alacaq.
Mopedlər qeydiyyatdan keçəcək və A1 kateqoriyası tələb olunacaq
Dəyişikliklərə görə, mopedlər indi dövlət qeydiyyatından keçərək uçota qeydiyyatda görünəcək. Onları idarə etmək üçün sürücülük vəsiqəsi məcburi olacaq – konkret olaraq “A1” kateqoriyası.
Moped mühərrik həcmi 50 kubsantimetrdən az, maksimum sürəti saatda 50 km olan iki və ya üçtəkərli vasitə kimi təsnif edilir. Kiçik elektrik nəqliyyat vasitələri istisna qalır, lakin asma mühərrikli velosipedlər də moped qaydalarına tabe olacaq.
Bu qaydalar qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinə uyğun olaraq tətbiq edilməlidir. Bütün mexaniki nəqliyyat vasitələri, o cümlədən mopedlər, icra hakimiyyətinin təsdiq etdiyi əsasnaməyə uyğun qeydiyyatdan keçəcək.
Hərəkət qaydaları və qadağalar dəqiqləşdirildi
Yeni qanuna əsasən, moped idarə edən şəxslər üçün yol hərəkəti qaydaları və təhlükəsizlik tələbləri konkret şəkildə müəyyən edilib. Bu dəyişikliklər həm sürücülərin, həm də digər yol iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Hərəkət qaydaları:
- Mopedlər yalnız yol nişanları və nişanlanma xəttlərinə riayət edərək sağ kənar zolaqda hərəkət etməlidirlər.
- Asma mühərrikli velosipedlər (moped istisna olmaqla) mümkün qədər sağ tərəfdə, bir cərgə ilə və nizami şəkildə hərəkət etməlidirlər.
- Bütün moped sürücüləri üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi məcburidir.
Qadağalar:
- Motodəbilqə olmadan moped idarə etmək qadağandır.
- Mopedlə sərnişin daşımaq və qoşqu yedəyə almaq olmaz.
- Mopedin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq çıxan yük daşımaq qadağandır.
- İdarəetməyə mane olan və təhlükə yaradan ağır və həcmi böyük yüklərin daşınması icazəsizdir.
- Mopedlər yalnız sağ kənar zolaqda və yol nişanlarının tələblərinə uyğun şəkildə hərəkət edə bilər.
Sürücülər bu dəyişikliklərə riayət etmədikdə inzibati məsuliyyətə cəlb ediləcəklər. Yeni qaydalar Qanunun dərcindən 3 ay sonra qüvvəyə minəcək.





