Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 10,4 min ton süd və qaymaq idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə idxal edilən süd və qaymağın ümumi dəyəri 17,3 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan süd və qaymaq həcmi 1,2 min ton (13,2%) artıb, lakin dəyər baxımından 1,4 milyon ABŞ dolları (7,6%) azalıb.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1%-ini təşkil edib.





