UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Ayaks” (Niderland) qarşılaşması öncəsi təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşib.
Daylinews-az.com-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Daha sonra, saat 17:00-da, media nümayəndələri üçün “Azersun Arena”da açıq məşq baş tutacaq (ilk 15 dəqiqə açıq olacaq).
Qonaq komandanın baş məşqçisi Françesco Farioli isə öz mətbuat konfransını saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. “Ayaks”ın “Neftçi Arena”da keçiriləcək açıq məşqi isə saat 12:45-də başlayacaq və yalnız ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Media nümayəndələri akkreditasiyalarını oktyabrın 22-si saat 14:00-dan 17:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də saat 20:45-də başlayacaq.