Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə qısa ayaqüstü söhbət edib.
“Daylinews-az”un məlumatına görə, söhbət zamanı iki ölkə lideri ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Kazan şəhərində səfərdədir.





