EvSiyasətMilli Məclisin fevralın 10-na təyin olunan plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin fevralın 10-na təyin olunan plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclas fevralın 10-da keçiriləcək və toplantıda 12 qanun layihəsi üzrə müzakirə aparılacaq. Gündəlikdə kibercinayətkarlıqla mübarizədən tutmuş təhsil, əmək, vergi, uşaq hüquqları, səhiyyə, kino və yol hərəkəti sahələrinə qədər geniş spektri əhatə edən dəyişikliklər yer alıb.

Beynəlxalq kibercinayətkarlıq konvensiyası və əsas məcəllələrə dəyişikliklər:

  1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiqi haqqında qanun layihəsi.​
  2. “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
  3. “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
  4. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
  6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).​
  7. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişikliklərə dair qanun layihəsi (ikinci oxunuş).
  8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
  9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
  10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, həmçinin “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişikliklərə dair qanun layihəsi (birinci oxunuş).
  11. “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
  12. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).​
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər