E qrupunun taleyüklü oyununda Kot-d’İvuar millisi Kurasaonu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Afrika təmsilçisi ilk dəqiqələrdən oyuna nəzarəti ələ aldı və 7-ci dəqiqədə Nikola Pepenin qolu ilə önə keçdi. İkinci hissədə Sanqarenin dəqiq ötürməsini yenidən dəyərləndirən Pepe dubla imza ataraq qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirdi.
Kurasao zaman-zaman təhlükəli hücumlar təşkil etsə də, Fofananın inamlı çıxışı hesabın dəyişməsinə imkan vermədi. Beləliklə, Kot-d’İvuar 6 xalla qrupu ikinci pillədə başa vurdu və 1/16 finala vəsiqə qazandı.
Ekvador sensasiya yaratdı, Almaniya yenə də birinci oldu

Qrupun digər matçında Ekvador Almaniyanı 2:1 hesabı ilə məğlub etməyi bacardı. Almanlar Leroy Sanenin erkən qolu ilə hesabı açsalar da, Nilson Anqulo və Qonsalo Platanın dəqiq zərbələri Cənubi Amerika təmsilçisinə vacib qələbə qazandırdı.
Qələbə sayəsində Ekvador xalını 4-ə yüksəldərək ən yaxşı üçüncü yerlərdən biri kimi pley-off mərhələsinə vəsiqə əldə etdi. Almaniya isə 6 xalla qrup liderliyini qoruyaraq növbəti mərhələyə birinci yerdən yüksəldi.
DÇ-2026, E qrupu – III tur

Yaponiya və İsveç heç-heçə ilə məqsədinə çatdı

F qrupunun son oyununda Yaponiya ilə İsveç arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı. Fasilədən sonra Daizen Maeda yaponları hesabda önə çıxardı. Lakin cəmi bir neçə dəqiqə sonra Antoni Elanqa uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa etdi.
Heç-heçə hər iki komandanı qane etdi. Yaponiya qrupu ikinci sırada tamamlayaraq 1/16 finalda Braziliya ilə üz-üzə gələcək. İsveç isə üçüncü yeri tutmasına baxmayaraq ən yaxşı üçüncü komandalar sırasında pley-offa yüksəldi.
DÇ-2026, F qrupu – III tur






