F qrupunun son turunda Niderland millisi Tunis üzərində 3:1 hesablı qələbə qazanaraq 7 xalla birinci yeri tutdu. Görüşün əvvəlində tunislilər uğursuz avtoqolla geri düşdülər, daha sonra Brayan Brobbi fərqi artırdı. İkinci hissədə Məsduri hesab arasındakı fərqi azaltsa da, Van Hekke vurduğu qolla matçın taleyini həll etdi.
Bu nəticə ilə Ronald Kumanın komandası inamla 1/16 finala yüksəldi. Tunis isə üç oyunda xal qazana bilməyərək dünya çempionatını erkən başa vurdu.
DÇ-2026, F qrupu – III tur

Türkiyə ABŞ-ni məğlub etsə də qrupdan çıxa bilmədi

D qrupunda keçirilən maraqlı qarşılaşmada Türkiyə ABŞ-ni 3:2 hesabı ilə məğlub etdi. Amerikalılar erkən qol vursalar da, Arda Gülər və Barış Alper Yılmaz fasiləyədək hesabı türklərin xeyrinə dəyişdilər. İkinci hissədə ABŞ bərabərliyi bərpa etdi, lakin əlavə vaxtın son anlarında Kaan Ayhan qələbə topunu vurdu.
Bununla belə, ilk iki turdakı məğlubiyyətlər Türkiyənin pley-off şanslarını əvvəlcədən aradan qaldırmışdı. ABŞ isə 6 xalla D qrupunun lideri kimi növbəti mərhələyə yüksəldi.
Paraqvay və Avstraliya heç-heçə ilə məqsədlərinə çatdı

D qrupunun digər oyununda Paraqvay və Avstraliya qalib müəyyənləşdirə bilmədi. Qarşılaşma 0:0 hesabı ilə başa çatdı. Komandalar oyunun gedişində ehtiyatlı futbol nümayiş etdirdilər və yaradılan imkanlardan istifadə edə bilmədilər.
Qolsuz bərabərlik hər iki tərəfi razı saldı. Avstraliya 4 xalla qrup ikincisi kimi 1/16 finala yüksəldi. Paraqvay da eyni xalla ən yaxşı üçüncü yerlərdən biri olaraq pley-off mərhələsinə vəsiqə qazandı.
DÇ-2026, D qrupu – III tur






