Donald Tramp ABŞ-ın 47-ci Prezidenti kimi and içdi. Tədbir Vaşinqtondakı Kapitoliy binasının mərkəzi Rotunda zalında keçirildi. Yeni seçilmiş vitse-prezident Cey Di Vens də and mərasimində iştirak etdi.
And Mərasiminin Xüsusiyyətləri:
- Havanın soyuq olması səbəbindən mərasim binanın daxilində baş tutdu. Bu ənənəvi olaraq Ronald Reyqanın 1985-ci ildəki and mərasimini xatırladır.
- Trampın and mərasimində əli iki Bibliya üzərində idi: biri Avraam Linkolna aid idi, digəri isə 1955-ci ildə onun anası tərəfindən bağışlanmışdı.
Tədbirin Əsas Detalları:
- Trampın korteji Bakı vaxtı ilə saat 20:43-də Kapitoliya çatdı.
- And mətnində prezidentin Konstitusiyanı qoruyacağına vəzifəsini layiqincə yerinə yetirəcəyinə and içməsi vurğulandı.
Anddan Sonrakı İlk Addımlar:
- Anddan dərhal sonra Tramp Ağ Evə keçəcək, burada ilk müşavirəsini keçirəcək və ilk fərmanları imzalayacaq.
Dünən də xəbər vermişdik ki, Donald Tramp Vladimir Putinlə telefon danışığı planlaşdırır.





