Gənc azərbaycanlı müğənni Ayla Şiriyeva (səhnə adı: Ayla Ray) ağır avtomobil qəzasına uğrayıb.
Daylinews-Az-ın məlumatına görə, hadisə müğənninin Şahdağdan qayıdarkən baş verib.
Qəza nəticəsində ağır xəsarət alan Ayla Şiriyeva əvvəlcə Sumqayıt Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra onun müalicəsi Baku City Hospitalda davam etdirilmək üçün oraya köçürülüb.
Müğənninin səhhətinin hələ də kritik olduğu bildirilir.





