EvŞou-biznesTeylor Svift 67-ci Grammy Mükafatlarının aparıcısı olacaq

Teylor Svift 67-ci Grammy Mükafatlarının aparıcısı olacaq

Məşhur müğənni Teylor Svift, 67-ci Grammy Mükafatlarının aparıcısı olacaq.

Daylinews-Az xəbər verir ki, ABŞ-ın Səsyazma Sənayesi Assosiasiyası, sosial şəbəkə hesabında Sviftin fevralın 2-də Los-Ancelesdə baş tutacaq mərasimi aparacağını elan edib.

2024-cü ilin fevralında Teylor Svift “Midnights” albomu ilə “İlin Albomu” nominasiyasında Grammy qazandı və bu kateqoriyada ən çox mükafat qazanan ifaçı oldu. Onun bu kateqoriyada 4-cü qələbəsidir. Daha əvvəl bu rekordu Frənk Sinatra, Stivi Uonder və Pol Saymon paylaşırdı – hər biri 3 dəfə bu mükafata layiq görülmüşdü.

34 yaşlı sənətçi ümumilikdə Grammy-yə 52 dəfə namizəd olub və 14 mükafat qazanıb.

Grammy mükafatının əsası 1950-ci illərin ortalarında ABŞ Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qoyulub. 1957-ci ildə Milli Səsyazma Sənəti və Elmi Akademiyası yaradılıb və 1958-ci ildə ilk Grammy mükafatları təqdim olunub. Mükafatın adı “qrammofon” sözündən götürülüb və qaliblərə kiçik qızılı qrammofon heykəlciyi təqdim edilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər