EvŞou-biznesMessi və pərəstişkarları, rəqs edən Serena və Kendrickin konserti – Super Bowl...

Messi və pərəstişkarları, rəqs edən Serena və Kendrickin konserti – Super Bowl 2025-in ən yadda qalan anları

Super Bowl 2025 bu gecə baş tutdu və Amerika futbolunun ən böyük hadisəsi təkcə idman dünyasından deyil, eyni zamanda məşhurlar aləmindən də çoxlu ulduzları bir araya topladı.

Özü oyunda çox böyük rəqabət müşahidə olunmasa da, Philadelphia Eagles Kansas City Chiefs üzərində 40:22 hesablı qələbə qazandı. Lakin ən maraqlı məqamlar pərdə arxasında yaşandı. Daylinews-Az Super Bowl gecəsinin ən yadda qalan anlarını bir yerə toplayıb.

Messi və dostları Super Bowl-da

“Inter Miami”nin ulduzu Lionel Messi Super Bowl 2025-i izləmək üçün dostları Luis Suarez, Jordi Alba və Sergio Busquets ilə birgə tribunada göründü.

Messi

Messinin sakitcə matçı izləmək istəməsinə baxmayaraq, Tyreek Hill, Micah Parsons, Anna Hall və Darius Slayton kimi NFL ulduzları onunla görüşmək və foto çəkdirmək üçün onun lojiyasına gəldilər.

Qızıl topun sahibi Rodri də stadionda idi. Hazırda zədə səbəbindən bərpa prosesi keçən ispaniyalı futbolçu, bu fürsəti qaçırmamaq qərarına gəlib.

Kendrick Lamar və Serena Williams şounun əsas diqqət mərkəzində oldu

Amerikalı repçi Kendrick Lamar-ın fasilə zamanı çıxışı gecənin ən çox müzakirə edilən anlarından biri oldu. Onun performansını hollivud aktyoru Samuel L. Jackson təqdim etdi. O, səhnəyə Amerikanın ikonik “Uncle Sam” obrazında çıxdı.

Serena Williams

Tamaşaçılar üçün ən böyük sürpriz isə Serena Williams-ın səhnəyə çıxaraq Lamarın ifası zamanı rəqs etməsi oldu. 2011-ci ildə məşhur reper Drake ilə qısa müddət münasibətdə olmuş Serena, bu jesti ilə böyük diqqət çəkdi və tamaşaçılardan güclü reaksiyalar aldı.

Tribunalarda daha hansı məşhurlar var idi?

Super Bowl 2025-in stadionunda Adam Sandler, Lady Gaga və Taylor Swift də görüntüləndi. Taylor Swift isə azarkeşlərin fitə basması ilə qarşılaşdı.

Daha bir tarixi hadisə isə ABŞ prezidenti Donald Trump-un Super Bowl-a qatılması oldu. Bununla o, Amerika futbolunun ən böyük matçında iştirak edən ilk prezident kimi tarixə düşdü.

Trump

Super Bowl-un növbəti oyunu nə vaxt olacaq?

NFL azarkeşləri növbəti mövsümün başlamasını səbirsizliklə gözləyirlər. Çünki sezon 4 sentyabrda start götürəcək, növbəti Super Bowl isə 1 fevral 2026-cı ildə Kaliforniyanın Santa Klara şəhərində keçiriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər