Bakıda bir məktəblinin digər şagirdlər tərəfindən döyülməsi ilə bağlı araşdırma başladılıb. Hadisə ümumtəhsil müəssisəsinin hüdudlarından kənarda baş verib və bu barədə Bakı Şəhəri Təhsil İdarəsi rəsmi məlumat yayıb.
İdarənin açıqlamasında qeyd olunur ki, cəmiyyət bu məsələni həssaslıqla qarşılamalı və yalnız rəsmi mənbələrə istinad etməlidir. Psixoloji təsirlərin qarşısını almaq və uşaqların rifahını qorumaq əsas prioritetlərdəndir.
Hadisə sosial şəbəkələrdə yayılıb
Məsələ sosial mediada yayılan görüntülərdən sonra gündəmə gəlib. Kadrlarda bir neçə məktəblinin dava etməsi əks olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti əməkdaşı, polis leytenantı Lumu İsrafilli bildirib ki, hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Hüquq-mühafizə orqanları məsələni hərtərəfli araşdıraraq lazımi tədbirlər görəcəyini qeyd edib.





