Kanadanın Toronto hava limanında Endeavor Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Delta Airlines üçün reys yerinə yetirirdi və Minneapolisdən uçaraq təyinat məntəqəsinə çatmalı idi. Bombardier CRJ-900LR tipli hava gəmisinin 80 sərnişini və ekipaj üzvləri vardı. Enmə zamanı uçuş-enmə zolağında təyyarə aşıb və çevrilib.
Məlumatlara görə, hadisə nəticəsində ən azı 18 nəfər yaralanıb, onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyəti ağırdır.
Təyyarə qəzaya uğrayanda hava şəraiti əlverişsiz olub
Məlumata görə, qəza güclü qar fırtınası və yüksək külək sürəti səbəbindən baş verib. Küləyin yer səviyyəsində sürəti 65 km/saat olub, daha yüksək yüksəkliklərdə isə bu göstərici daha da artıb.
Son məlumatlar: Yaralıların sayı 15-ə çatdı
Daha əvvəl 8 yaralının olduğu bildirilirdi, lakin son məlumata görə bu rəqəm 15-ə çatıb. Xəsarət alanlardan üç nəfər, o cümlədən bir uşaq kritik vəziyyətdədir.
Kanadanın Ontario əyalətinin rəhbəri Dağ Ford hadisə ilə bağlı açıqlama verib və təsdiqləyib ki, təyyarə qəzası nəticəsində insan itkisi yoxdur.
Hava limanı müvəqqəti bağlanıb
Hadisədən dərhal sonra Toronto hava limanı fəaliyyətini dayandırıb. Avariyaya uğrayan təyyarənin Mitsubishi CRJ-900LR modeli olduğu bildirilib.





