Biz, bölgəmizdə fəaliyyət göstərən ən böyük bukmeker şirkətlərindən birinin rəsmi nümayəndəsi olmuş böyük futbolçunun karyerası haqqında MelBet baxış hazırlamışıq.
Uğura doğru uzun yol
Bir çoxları düşünür ki, Didye Droqba karyerasının əvvəlindən ulduz idi, lakin Kotdivuarlı futbolçu zirvəyə qalxmaq üçün titanik səylər göstərib. Onun böyük potensialı haqqında ilk dəfə 25 yaşı olanda danışmağa başladılar. Həmin vaxt fiziki cəhətdən güclü forvard Genqam`ın heyətində çıxış edir və Liqa 1`də bir mövsüm ərzində 17 qol vurmuşdu.
Ölçülərinə əlavə olaraq, «Başçı» topa nəzarət etməyi, düzgün mövqe seçməyi və şəxsi statistikadan çox komanda oyunu qurmağı öyrəndi. Bu keyfiyyətləri sayəsində Droqba daha yüksək səviyyəyə yüksəldi və komanda yoldaşları onun çox qol vurmasına kömək edirdi. 2003/2004 mövsümündə «Marsel»in heyətində çıxış etdikdən sonra bütün Avropa Didye haqqında danışmağa başladı. O, bütün turnirlərdə 32 qol vurdu, onlardan 11`i UEFA Kubokunda idi. Sensasiyalı Olimpik`i yalnız Valensiya dayandıra bildi – özü də yalnız finalda.
Başçı köhnə qvardiya üçün
Çelsi azarkeşləri arasında Droqbanın klubun uğurlarına verdiyi töhfəyə görə minnətdar olmayan birini tapmaq, MelBet şikayət nümunəsi tapmaq qədər çətindir. Didye «Mavilər»in heyətində 381 matçda 164 qol vurub və 80 assist edib. Onunla birlikdə «Çelsi» 14 kubok qazandı, o cümlədən 4 dəfə İngiltərə Premyer Liqasının çempionu oldu. «Başçı»nın karyerasında xüsusi yer tutan uğur isə 2012`ci ildə Çempionlar Liqasındakı zəfəri idi.
O vaxta qədər Çelsi`nin Droqba, Lempard, Çex, Eşli Koul və digər əfsanəvi oyunçulardan ibarət əsas heyəti yaşlanmış və Avropanın ən böyük klub turnirini qazanmaq şansını itirmiş kimi görünürdü. Lakin 34 yaşlı Droqba Çempionlar Liqasının pley-off mərhələsində əsl qəhrəmana çevrildi. O, finalda Bavariya`ya qarşı son dəqiqələrdə hesabı bərabərləşdirdi və penaltilər seriyasında həlledici zərbəni vuraraq komandasına qələbə qazandırdı. Bundan əlavə, yarımfinalda Barselona`ya qarşı qol vurdu və 1/8 finalda Napoli`yə qarşı möhtəşəm geridönüşün əsas simalarından biri oldu.
Türkiyədə parlaq iz
Türk azarkeşləri əsl çempionları sevir və buna görə də Didye Droqbanı tez bir zamanda qəbul etdilər. Qalatasaray`da keçirdiyi bir yarım mövsümdə Kotdivuarlı hücumçu 20 qol vurdu və komandaya üç kubok qazanmağa kömək etdi. Onun 2013`cü ildə çempionluq titulunun qazanılmasındakı rolu o qədər böyük idi ki, Droqba Türkiyə Superliqasının ən yaxşı oyunçusu seçildi! «Başçı» karyerasının son dönəmində motivasiyasını itirmədi, əksinə, 37 yaşında yenidən «Çelsi»yə qayıdaraq İPL çempionu oldu!
MelBet`in prioriteti oyunçular üçün rahat şərait yaratmaqdır. Didye Droqba da digərlərini düşünürdü və 2014`cü il dünya çempionatından sonra gənclərə yol açmaq üçün Kotdivuar millisindəki karyerasını başa vurdu. 65 qolla «Fillər»in tarixində ən yaxşı bombardir oldu, lakin Afrika çempionu ola bilmədi. Onun ayrılmasından cəmi yarım il sonra Kotdivuarlar 23 illik fasilədən sonra ilk dəfə Afrika Millətlər Kubokunu qazandı və öz «Başçısı»nın sarsılmaz qələbə ruhunu yaşatdı.





