Məşhur müğənni Elçin Cəfərov yol-nəqliyyat hadisəsi keçirib. Hadisə ilə bağlı ətraflı məlumatı sənətçi Daylinews-Az-a verdiyi müsahibəsində açıqlayıb.
Müğənninin sözlərinə görə, avtomobili qarlı yolda sürüşərək digər nəqliyyat vasitəsi ilə toqquşub.
“Düzünü desəm, yollar çox sürüşkən idi. Heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışdım. Amma xoşbəxtlikdən, digər avtomobilin sürücüsü ilə mədəni şəkildə salamlaşdıq, hər ikimiz də təzminata ehtiyac olmadığını söylədik və sağollaşdıq. Bilmirəm, o məni tanıdı ya yox. Bəzən olur ki, sənin avtomobilinə çırpılırlar, amma danışmaq üçün düşəndə elə yüksək səslə danışırlar ki, sonda sən üzr istəməli olursan,” – deyə Elçin Cəfərov bildirib.





