İspaniya çempionatının 26-cı turu çərçivəsində “Barselona” və “Real Sosyedad” komandaları üz-üzə gəldi. Sport-Az xəbər verir ki, görüş “Olimpik Lluís Kompanis” stadionunda baş tutdu və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.
17-ci dəqiqədə qonaq komanda azlıqda qaldı – müdafiəçi Arits Elustondo qırmızı vərəqə aldı. 25-ci dəqiqədə müdafiəçi Jerard Martin “Barselona”nı önə keçirdi. 29-cu dəqiqədə yarımmüdafiəçi Mark Kasado fərqi iki topa çatdırdı. 56-cı dəqiqədə müdafiəçi Ronald Arauxo hesabı darmadağın həddinə gətirdi. 60-cı dəqiqədə isə hücumçu Robert Levandovski son nöqtəni qoydu.
Turnir Cədvəlində Son Vəziyyət
Bu qələbədən sonra “Barselona” 26 oyundan sonra 57 xal toplayaraq La Liqa turnir cədvəlinin lideri oldu. “Real Sosyedad” isə 34 xalla doqquzuncu pillədə qərarlaşdı.





