Azərbaycan Misli Premyer Liqasının XXV turu çərçivəsində “Sumqayıt” öz meydanında “Qarabağ” klubunu qəbul etdi. Daylinews-Az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda baş tutub və 0:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Qollar:
31 dəqiqə – Kadi Borjes
38 dəqiqə – Leandro Andrade
Bu qələbə sayəsində Qurban Qurbanovun komandası xalını 60-a yüksəldərək çempionatın liderliyini möhkəmləndirdi. “Sumqayıt” isə 22 xalla 8-ci yerdə qərarlaşıb.
Turun digər nəticəsi:
“Şamaxı” səfərdə “Səbail”i məğlub edib – 0:2
XXV turun son oyunları 5 mart tarixində baş tutacaq.





