Martın 7-də Milli Məclis Azərbaycan Respublikasının “İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsinə” qoşulmasını təsdiqlədi.
Daylinews-Az-ın məlumatına görə, sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Bildirilib ki, Azərbaycan 22 noyabr 2012-ci ildə İslamabadda imzalanmış D-8 Nizamnaməsinə rəsmi olaraq qoşulur.
Hazırda bu beynəlxalq təşkilatın üzvləri:
- Banqladeş
- Misir
- Nigeriya
- İndoneziya
- İran
- Malayziya
- Pakistan
- Türkiyə
Azərbaycan D-8-in yeni üzvü kimi təşkilat çərçivəsində iqtisadi əməkdaşlığını genişləndirməyi hədəfləyir.





