“Sabah” Şahmat Akademiyasının bir illik fəaliyyətini qeyd etmək məqsədilə təşkil edilən “Sabah Chess Cup” sürətli şahmat turniri başa çatıb.
Daylinews-az xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Bridge” Group şirkətinin təsisçisi Yaqub Hüseynov və “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.
Turnirdə Azərbaycan çempionları Rauf Məmmədov və Günay Məmmədzadə, milli komandanın üzvləri Nicat Abbasov və Gövhər Beydullayeva, Avropa çempionu Qədir Hüseynov və digər tanınmış şahmatçılar mübarizə aparıblar.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibi ən çox xal toplayan Nicat Abbasov olub. Müxtəlif nominasiyalar üzrə fərqlənən şahmatçılar diplomlar və pul mükafatları ilə təltif edilib.





