Martın 13-də, mübarək Ramazan ayının on üçüncü günü, imsak (sübh yeməyi) vaxtı saat 05:30-da başlayacaq.
Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı təqvimə əsasən:
- İftar (orucun açılması) vaxtı: 19:00
Namaz vaxtları:
- Sübh azanı: 05:35
- Zöhr azanı: 12:50
- Əsr azanı: 17:00
- Məğrib azanı: 19:00
- İşa azanı: 20:00
İmsak zamanı oxunan dua
“Allahım! Bu mübarək gündə məni günahların çirkinliyindən və murdarlığından təmizlə! Məni sınaqlara və çətinliklərə qarşı dözümlü et! Sənin mərhəmətinlə məni təqvaya və saleh insanların dostluğuna yönəlt! Ey möhtacların sevincinə səbəb olan Rəbbim!”
İftar zamanı oxunan dua
“Ey Allah! Sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim və Sənə güvəndim. Mənə bəxş etdiyin ruzilərdən iftar açıram. Ey bağışlayan Rəbbim, keçmiş və gələcək günahlarımı bağışla!”
Allah tutduğunuz orucları qəbul etsin!





