Bakının Nərimanov rayonunda, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yol təmir işləri aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təmir səbəbindən “Gənclik” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə dövri məhdudiyyətlər tətbiq olunacaq. Sürücülərdən alternativ yollar seçmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.





