Azərbaycanda yerli vaxtla saat 17:09-da zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanların episentri Samux rayonu ərazisində olub.
Zəlzələnin maqnitudası 3.6 bal təşkil edib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Hazırda təbii hadisənin nəticələri və bölgədə hiss olunma dərəcəsi araşdırılır.





