Azərbaycanın tanınmış cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi reytinq siyahısında ikinci yeri qoruyub saxlayır. Daylinews-az.com xəbər verir ki, o, hazırda bütün çəki dərəcələri üzrə 7254 reytinq xalı ilə liderlər arasında yer alır.
Heydərov kişi idmançılar arasında ən yüksək göstəriciyə sahib olsa da, ümumi reytinqdə yalnız bir idmançı – Kanadadan olan qadın Olimpiya çempionu Krista Dequçi (8440 xal) onu qabaqlayır. Üçüncü pillədə isə Özbəkistan təmsilçisi, Olimpiya çempionu Diyorə Keldiyorova (6550 xal) qərarlaşıb.
Digər azərbaycanlı Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) də ilk onluqda yer alır. Onun aktivində 6112 xal var və bu göstərici ilə o, dünya üzrə altıncı yeri tutur.





