24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətAzərbaycanda iş və qeyri-iş günləri dəyişdirilib: altı gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycanda iş və qeyri-iş günləri dəyişdirilib: altı gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycanda iş və qeyri-iş günləri bir-biri ilə dəyişdirilib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, iş və qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə 12 və 13 noyabr iş günləri, müvafiq olaraq, 16 və 23 noyabr qeyri-iş günləri ilə dəyişdirilib.

Nəticədə, noyabr ayında Azərbaycanda altı gün ardıcıl qeyri-iş günü olacaq.

Belə ki, 8 noyabr Qələbə Günü, 9 noyabr isə Bayraq Günüdür.

9 noyabr şənbə gününə təsadüf etdiyi üçün, Nazirlər Kabinetinin “İş və qeyri-iş günlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, 11 noyabr da qeyri-iş günü olacaq.

Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, 12 və 13 noyabr iş günləri ardıcıllığı qorumaq məqsədilə müvafiq olaraq 16 və 23 noyabr qeyri-iş günləri ilə dəyişdirilib.

Bu səbəbdən 8, 9, 10, 11, 12 və 13 noyabr tarixlərində ardıcıl altı gün qeyri-iş günü olacaq, ilk iş günü isə 14 noyabr olacaq.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər