EvCəmiyyətKonstitusiya Məhkəməsi hakimləri üçün yaş həddi artırıldı

Konstitusiya Məhkəməsi hakimləri üçün yaş həddi artırıldı

Milli Məclis Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edib. Yeni düzəlişlərə əsasən, hakimlərin vəzifədə qalma yaşı 70-dən 75-ə yüksəldilib.

Daylinews-az xəbər verir ki, qəbul olunan dəyişikliklər “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən, bundan sonra Konstitusiya Məhkəməsinin hakimləri 75 yaşadək vəzifədə qala biləcəklər.

Əgər hakim 75 yaşa çatdığı halda onun yerinə yeni təyinat baş verməyibsə, həmin şəxs səlahiyyətlərini müvəqqəti olaraq daha 6 ay müddətində davam etdirə bilər. Bu müddət ərzində yeni namizədin təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, hakimlər 70 yaşa qədər vəzifədə qala bilərdi və yalnız xüsusi hallarda, yeni təyinat gecikərsə, onlar məhdud müddətə vəzifədə qala bilirdilər. Parlamentdə sözügedən qanun layihəsi üçüncü oxunuşda qəbul edilərək təsdiq olunub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər