Göyçay rayonunun Qarayazı kəndində keçirilən yas mərasimi faciə ilə nəticələnib. İkinci mərtəbədə yerləşən evin balkonu çöküb, nəticədə bir neçə qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Daylinews-az xəbər verir ki, hadisə zamanı balkon üzərində əyləşən qadınlardan Metanət Həşimova (1978-ci il təvəllüdlü), Kəmalə Vahidova (1969), Səxanım Cəfərova (1966), Nazilə Məmmədova (1966) və Susaxan Əliyeva (1963) xəsarət alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Yaralıların vəziyyəti barədə son məlumat
TƏBİB-in yaydığı açıqlamaya görə, 7 aprel saat 13:00-da ümumilikdə 8 qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Onlardan 7 nəfər – 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü qadınlar ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Lakin 1973-cü il təvəllüdlü bir qadının vəziyyəti daha ağır olub – onurğa zədəsi və çoxsaylı sınıqlar səbəbilə o, ixtisaslaşmış tibb müəssisəsinə köçürülüb.





