EvİdmanYarımfinalçılar məlum oldu: Konfrans Liqasında 4 komanda qaldı

Yarımfinalçılar məlum oldu: Konfrans Liqasında 4 komanda qaldı

17 aprel tarixində UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə yekun vuruldu. Cavab oyunlarından sonra yarımfinala yüksələn 4 komanda bəlli oldu.

Fiorentina səfərdəki 2:1 hesablı qələbədən sonra öz meydanında Celje ilə 2:2 hesablı heç-heçə edib və ümumi nəticədə (4:3) mərhələni adlayıb. Betis isə ilk oyunda qazandığı 2:0 hesablı üstünlüyü qoruyaraq Jagiellonia ilə 1:1 bərabərliyə razılaşıb və növbəti mərhələyə keçib.

Chelsea, ilk görüşdə Legianı 3:0 hesabı ilə darmadağın etdikdən sonra cavab oyununda 1:2 məğlub olsa da, ümumi nəticədə üstünlüyü qoruyaraq yarımfinala vəsiqə qazanıb.

Ən dramatik qarşılaşma isə Rapid Vyana və Djurgarden arasında baş verib. İlk oyunu 1:0 uduzan isveçlilər cavab oyununda əsas vaxtda 3:1 hesabı ilə önə keçib, əlavə vaxtda isə daha bir qol vuraraq ümumi nəticədə 4:2 hesabı ilə mərhələni adlayıblar.

Yarımfinal cütlükləri (1 və 8 may):

  • Betis (İspaniya) – Fiorentina (İtaliya)
  • Djurgarden (İsveç) – Chelsea (İngiltərə)

Final oyunu:

  • 28 may – Mejski Stadionu, Vrotslav (Polşa)

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər