May ayı maliyyə baxımından həm imkanlar, həm də gözlənilməz dəyişikliklərlə dolu olacaq. Planetlərin hərəkəti maddi sabitliyin möhkəmləndirilməsini, həmçinin ani qərarların zəruriliyini ön plana çıxarır.
Ayın ilk yarısı – sabitliyin qurulması
20 may tarixinədək Günəş Buğa bürcündə olacaq. Bu dövr pul yığımı, ağıllı sərmayə və uzunmüddətli planlamalar üçün idealdır. Eyni zamanda, daşınmaz əmlak, məhsuldarlıq və gəlirləri artırmaqla bağlı təşəbbüslər də dəstəklənəcək.
Əsas tarixlər:
- 5–6 may – Merkuri və Yupiter, Venera və geriyə hərəkətdə olan Pluton arasında əlverişli təsirlər: maliyyə sövdələşmələri və gəlir artırma imkanları.
- 10 may – Merkuri Buğa bürcünə keçir, planlama və praktik yanaşma ön plana çıxır.
Ayın ortaları – risk və dəyişikliklər dövrü
- 12 may – Merkuri-Pluton qarşıdurması – sənədlərlə diqqətli olun, vergi və borc məsələlərində sürətli qərarlar risklidir.
- 13–17 may – Yupiter və Ay düyünləri arasında gərginlik: gəlirlərlə bağlı gözlənilməz dönüşlər və qərarlar mümkündür.
- 17 may – Günəş və Uranın birləşməsi: ani maliyyə qazancları və ya itkilər. Qeyri-adi qazanc yolları aça bilər, lakin ehtiyatı əldən verməyin.
Ayın sonu – mükafat və yeni başlanğıclar
- 20–23 may – Venera və Marsın harmoniyası: pul axınında artım, yaradıcı və əməkdaşlığa əsaslanan gəlir.
- 25 may – Saturn Qoç bürcünə keçir – maliyyə strukturlaşmasına dair yeni üçillik dövr başlayır.
- 26 may – Merkuri-Saturn-Nepturn uyğunluğu: ağıllı qərarlar və maliyyə intuitivliyi.
- 27 may – Əkizlər bürcündə yeni ay: yeni ideyalar, kommersiya, təhsil və reklam layihələrinə başlamaq üçün əla zamandır.
- 30 may – Günəş-Merkuri birləşməsi: strateji qərarlar üçün əlverişli gündür.
Bürclərə görə maliyyə fürsətləri
Buğa – sabitlik və perspektiv
Orta ay dövrü borclar və miras məsələlərində mühüm qərarlarla yadda qalacaq. Uzunmüddətli sərmayə üçün əla fürsət yarana bilər.
Tövsiyə: Emosional deyil, hesablanmış qərarlar verin.
Qız – analiz və dəqiqlik
Ay boyunca müqavilə imzalamaq, biznesi böyütmək və yeni tərəfdaşlıqlara girmək üçün əlverişli vaxtdır. Xüsusilə ayın sonu maliyyə strategiyalarını təkmilləşdirmək üçün idealdır.
Tövsiyə: Rəqəmlərlə işləyin, amma hisslərinizə də etibar edin.
Oğlaq – planlı yüksəliş
Maliyyə sahəsində köklü dəyişikliklər ola bilər. Riskləri qiymətləndirərək böyük qərarlar vermək vacibdir. Yeni dövr başlayır və bu, uzunmüddətli gəlir gətirə bilər.
Tövsiyə: Qısa yol axtarmayın, əsaslı planlarla hərəkət edin.





