Azərbaycanın I Liqasında çıxış edən “Mingəçevir” futbol komandasının qapıçısı Emil Qəbibov, məşq zamanı ciddi zədə alıb.
Həyatını xilas etdilər
Daylinews-Az-ın Sportinfo-ya istinadən verdiyi məlumata görə, iki oyunçu arasında baş verən toqquşma zamanı Qəbibovun dili geriyə çəkilib. Bu vəziyyət, gənc qapıçının həyatı üçün ciddi təhlükə yaradıb. Lakin həkimlərin və komanda yoldaşlarının köməyi ilə Emil Qəbibovun həyatı xilas olunub.
Çıxış edəcək
Emil Qəbibov, 23-cü turda “Bakı Sportinq” komandasına qarşı keçiriləcək I Liqa matçında ehtiyat heyətində olacaq.





