Azərbaycan ilk dəfə mini futzal üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnir 21 maydan 1 iyun tarixinə qədər keçiriləcək.
Daylinews-Az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Xalq Artisti Aygün Kazımova və tanınmış türkiyəli müğənni Alayna Tilki çıxış edəcək.
Mərasim və bilet satışları
Açılış mərasimi 21 mayda saat 19:00-da başlayacaq. Biletlər Bakı şəhərindəki kassalardan və iTicket.az saytından əldə edilə bilər.





