Eurovision-2025 mahnı müsabiqəsinin şərhçiləri müəyyənləşib. Azərbaycanı bu ilki müsabiqədə tanınmış musiqiçi, musiqi prodüseri, pedaqoq və ifaçı Elnara Xəlilova və televiziya və radio aparıcısı Ağa Nadirov təmsil edəcək.
“Eurovision-2025″in canlı yayım detalları
Daylinews-Az-ın məlumatına görə, 69-cu “Eurovision” mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-da ITV kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan “Eurovision-2025” müsabiqəsinin birinci yarımfinalında 10-cu nömrə ilə çıxış edəcək.





