17-dən 18 may gecəsi İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin 69-cu buraxılışının final mərhələsi baş tutdu. Gərgin səsvermə və möhtəşəm çıxışlardan sonra müsabiqənin qalibi Avstriya elan edildi.
JJ və “Wasted Love” səhnəni fəth etdi
Avstriyanı bu il JJ adlı ifaçı “Wasted Love” mahnısı ilə təmsil edirdi. Qalib elan olunduqdan sonra səhnədə çıxış edən JJ belə dedi: “Sevgi Yer üzündəki ən böyük gücdür. Gəlin onu yaymağa davam edək!”
Səsvermənin nəticələri
Müsabiqənin yekun nəticəsi milli münsiflər heyətləri və tamaşaçı səsverməsinin birləşdirilmiş xalları ilə müəyyən olunub. Avstriya:
- Milli münsiflərdən — 258 xal,
- Tamaşaçılardan — 178 xal toplayaraq,
- Ümumilikdə — 436 xalla birinci yerin sahibi oldu.
Bu qələbə ilə Avstriya, 2026-cı ildə keçiriləcək 70-ci Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Azərbaycanın nəticəsi
Təəssüf ki, Azərbaycan təmsilçiləri Mamagama qrupu (Asaf Mişiyev, Həsən Heydər və Arif İmanov) birinci yarımfinalda çıxış etsələr də, finala vəsiqə qazana bilmədilər. Onlar “Run with U” mahnısı ilə səhnəyə çıxmışdılar.
Final nəticələrinin tam siyahısı (ilk 10-luq):
- Avstriya — 436
- İsrail — 357
- Estoniya — 356
- İsveç — 321
- İtaliya — 256
- Yunanıstan — 231
- Fransa — 230
- Albaniya — 218
- Ukrayna — 218
- İsveçrə — 214
Digər iştirakçıların xalları da açıqlandı, sonuncu yeri San-Marino (27 xal) tutdu.





