Mayın 13-də İsveçrənin Bazel şəhərində keçirilən “Eurovision 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub. Yarışın bu mərhələsində finala vəsiqə qazanan ilk on ölkə müəyyənləşib.
Azərbaycan təmsilçisi Mamagama qrupu, Asef Mişiyev, Həsən Heydər və Arif İmanovun ifasında “Run with U” mahnısı ilə çıxış etsə də, yarışmanın finalına keçə bilməyib.
Finala vəsiqə qazanan ölkələr
İlk yarımfinal mərhələsində səhnəyə çıxan 15 ölkədən Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukrayna finala vəsiqə qazanıblar.
Azərbaycan nümayəndə heyəti müsabiqəni yarımfinalda başa vurub.
Gözlənilən mərhələlər
İkinci yarımfinal 15 may tarixində keçiriləcək. Müsabiqənin böyük finalı isə 17 mayda baş tutacaq. Xatırladaq ki, bu il yarışmada 37 ölkə iştirak edir. Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibi İsveçrə isə avtomatik olaraq finala yüksəlmiş ölkələrdir.





