2024/2025-ci tədris ilində Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində “Son zəng” tədbiri 14 iyun tarixində baş tutacaq.
Bu barədə Daylinews-az.com Dövlət Ümumi Təhsil və Məktəbəqədər Təhsil Agentliyinə (MÜTDA) istinadla xəbər verir.
Ənənəvi olaraq, bu gün məktəblilərin təhsil həyatlarının mühüm mərhələsinin sonu, eyni zamanda, yeni bir həyat yolunun başlanğıcı hesab olunur. Tədbir bütün ümumtəhsil müəssisələrində şagird, müəllim və valideynlərin iştirakı ilə qeyd olunacaq.





