İngiltərənin Liverpul şəhərində Liverpul klubunun Premyer Liqadakı çempionluğunu qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb. Hadisə şəhər mərkəzində minlərlə azarkeşin toplandığı vaxt baş verib.
Daylinews-az.com xəbər verir ki, bu barədə Mersisayd polisi rəsmi açıqlama yayıb.
“Hazırda Liverpul şəhər mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparırıq. Hadisə ilə bağlı məlumat bizə 26 may bazar ertəsi saat 18:00-dan (Bakı vaxtı ilə 21:00) sonra daxil olub. Water Street küçəsində bir avtomobil bir neçə piyadanın üstünə sürülüb. Maşın hadisə yerində saxlanılıb, bir kişi saxlanılıb. Hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir”, – deyə polis məlumat yayıb.
Yaralılar var, minlərlə insan küçədə idi
Yerli mediada yayılan məlumatlara əsasən, azı 17 nəfər xəsarət alıb. Hadisə baş verən an şəhər mərkəzində minlərlə azarkeş Liverpulun 2024/25 mövsümündə qazandığı İngiltərə çempionluğunu qeyd edirdi.
İstintaq davam edir, hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.





