Cəlilabad rayonunun Xəzəbad kənd sakini Qənbər Yusubov (1984-cü il təvəllüdlü) toy mərasimi zamanı ağır döyülüb və sonradan xəstəxanada dünyasını dəyişib.
Daylinews-az.com-un məlumatına görə, hadisə Masallı rayonu ərazisində baş verib. Mərasim zamanı yaranmış mübahisə fiziki qarşıdurmaya çevrilib və nəticədə Qənbər Yusubov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, bu gün o, vəfat edib.
Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupunun mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, Yusubovu döyən şəxs onun 22 yaşlı həmkəndlisi Babək Şahmarov olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində B.Şahmarov saxlanılıb və istintaqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.





