EvCəmiyyətRiskli ərazilərdə yeni evlərin tikintisinə məhdudiyyət gəlir

Riskli ərazilərdə yeni evlərin tikintisinə məhdudiyyət gəlir

Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə dəyişiklik layihəsi bəzi hallarda yeni yaşayış evlərinin tikintisinin məqsədəuyğun sayılmayacağını nəzərdə tutur.

Daylinews-az.com xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş və ya yaşamaq üçün yararsız hala düşmüş ərazilərdə (işğaldan azad edilmiş torpaqlar istisna olmaqla) yeni tikililər yalnız müəyyən şərtlərlə icazə alacaq.

Yeni layihəyə əsasən, bu hallarda yaşayış evlərinin bərpası və ya yenidən tikintisi məqsədəuyğun hesab edilməyəcək, əgər:

  1. Ərazi gələcəkdə baş verə biləcək təbii fəlakət baxımından yüksək risk daşıyırsa;
  2. Torpaq sahəsinin təyinatı tikinti aparılmasına icazə vermirsə və ya kommunikasiya xətlərinin mühafizə zonasında yerləşirsə.

Bu halların müəyyən olunması üçün:

  • Ya tikili mülkiyyətçisi müraciət etməli,
  • Ya da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum özü təşəbbüs göstərərək araşdırma aparmalıdır.

Araşdırma 30 gün ərzində tamamlanmalı, nəticədə aidiyyəti qurum 3 gün ərzində qərar qəbul edərək onu mülkiyyətçiyə təqdim etməlidir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, yanğın, qəza və ya təbii fəlakət nəticəsində dağılmış tikililər ən geci iki il ərzində bərpa olunarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır.

Əgər yaşayış məntəqəsinin planlaşdırılmasında həmin ərazinin başqa məqsədlərlə istifadəsi nəzərdə tutulubsa, mülkiyyətçiyə başqa torpaq sahəsi ayrılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər