Paytaxtın Xətai rayonunda yerləşən uşaq bağçasında mühafizəçi həyatını itirib. Daylinews-az.com xəbər verir ki, hadisə G.Mehmandarov küçəsindəki məktəbəqədər təhsil müəssisəsinin ərazisində baş verib.
Bağçada mühafizəçi işləyən, 1983-cü il təvəllüdlü Rəhim Aşumovun meyiti obyektin həyətində aşkar edilib. İlkin versiyaya əsasən, onun infarkt keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





