EvTexnologiyalarApple, Google və Facebook daxil olmaqla — 16 milyarddan çox hesabın parolu...

Apple, Google və Facebook daxil olmaqla — 16 milyarddan çox hesabın parolu oğurlanıb

Forbes-in yaydığı məlumata görə, internet tarixində ən böyük şəxsi məlumat sızması baş verib. Hakerlər Apple, Google, Facebook, Microsoft və digər nəhəng beynəlxalq şirkətlərlə əlaqəli 16 milyarddan çox istifadəçi hesabına çıxış əldə ediblər.

Mütəxəssislər bildirirlər ki, bu sızma milyonlarla istifadəçi üçün ciddi təhlükə yarada bilər — şifrələrin bir hissəsi artıq darknet platformalarında satışa çıxarılıb və qalan hissəsinin də tezliklə ictimaiyyətə sızdırılması mümkündür.

Təhlükəsizlik üçün nə etmək lazımdır?

Kibertəhlükəsizlik mütəxəssisləri dərhal aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

  • Bütün vacib hesablarınızda şifrələri dəyişin
  • İki mərhələli identifikasiya (2FA) sistemini aktiv edin
  • Eyni şifrəni fərqli xidmətlərdə istifadə etməyin
  • Şifrə meneceri tətbiqindən istifadə edin — bu həm təhlükəsizlik, həm də rahatlıq baxımından vacibdir

Hələlik hesabınız sızılmış siyahıda görünməsə belə, bu təhlükədən sığortalanmadığınızı unutmayın. Təhlükəsizlik tədbirlərini indi görün — sonradan çox gec ola bilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər