EvİdmanPrezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olub –...

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olub – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhərində inşa olunan Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

“daylinews-az.com”un yaydığı məlumata görə, dövlət başçısına kompleksdə həyata keçirilən tikinti və abadlıq işləri barədə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən ətraflı məlumat verilib.

Qeyd edilib ki, kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunur. Tikinti işlərinə 2024-cü ilin yanvar ayında start verilib.

Kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Bu məkanda müxtəlif idman növləri üzrə – basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və digər növlər üzrə məşqlər və yarışlar keçirilə biləcək. Binada, həmçinin, 80 nəfərlik iclas zalı, hakimlər, həkimlər, məşqçilər və şərhçilər üçün ayrıca otaqlar, eləcə də kafe fəaliyyət göstərəcək.

Kompleksdə 21 otaqdan ibarət, 42 nəfərlik dördmərtəbəli mehmanxana və restoran da inşa edilir. Əlavə olaraq, burada 1300 tamaşaçı tutumuna malik tribunaya sahib standart futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları çərçivəsində boks yarışları məhz Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər