İyulun 11-də Bakı daha bir idman tədbirinə ev sahibliyi edəcək. Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə üzrə açıq Bakı çempionatı baş tutacaq.
Daylinews-az.com xəbər verir ki, çempionatda yeniyetmə və gənc idmançılar iştirak edəcək. Yarışa Bakı və Mingəçevirdən 100-ə yaxın avarçəkən qatılacaq.
Yarışın proqramı:
- Akademik avarçəkmə və kanoe:
- 1 nəfərlik qayıq
- 500 metr məsafə
- Kayak növü:
- 1 nəfərlik və 2 nəfərlik qayıqlar
- Hər iki kateqoriya üzrə 500 metr məsafədə mübarizə
Yarışın keçirilməsində əsas məqsəd bu idman növünün gənclər arasında təbliği, istedadlı avarçəkənlərin müəyyənləşdirilməsi və onların gələcəkdə beynəlxalq turnirlər üçün hazırlığıdır.





