Bakıda qadın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb. Daylinews-az.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat məlumatları:
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yerləşən evindən 10 kiloqram 475 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri şəxsiyyəti hələ müəyyənləşdirilməmiş İran vətəndaşından aldığını, Suraxanı rayonu ərazisindən götürərək həm şəxsi istifadə, həm də satış məqsədilə müxtəlif ünvanlara çatdırmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.





