EvKriminalBakıda qadının evindən 10 kiloqramdan artıq narkotik maddə tapılıb

Bakıda qadının evindən 10 kiloqramdan artıq narkotik maddə tapılıb

Bakıda qadın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb. Daylinews-az.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat məlumatları:
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yerləşən evindən 10 kiloqram 475 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri şəxsiyyəti hələ müəyyənləşdirilməmiş İran vətəndaşından aldığını, Suraxanı rayonu ərazisindən götürərək həm şəxsi istifadə, həm də satış məqsədilə müxtəlif ünvanlara çatdırmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər