Madridin “Real” klubunun braziliyalı vingeri Vinisius Junior müqaviləni uzatmaq məsələsində rəhbərliklə razılığa gələ bilmir. Bu barədə Madrid-Barcelona nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu “kral klubu”nu “xəyanət”lə tərk etməyə və sərbəst agent kimi ayrılmağa hazırdır. Əgər klub onun yeni müqavilə üzrə tələblərini yerinə yetirməzsə, Vinisius bütün transfer təkliflərini rədd edəcək və 2027-ci ildə müqaviləsi bitdikdən sonra “Real”dan pulsuz şəkildə ayrılmağı planlaşdırır – bu halda klub heç nə əldə etməyəcək.
Məlumata görə, bu plan artıq klub prezidenti Florentino Peresə də bildirilib.
2024/25 mövsümündə Vinisius “Real”ın heyətində 58 oyuna çıxıb, 22 qol vurub və 19 assist edib. Transfermarkt portalına görə, braziliyalı futbolçunun bazar dəyəri 170 milyon avrodur.





