“Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli, Corc Forman”, – deyə 58 yaşlı beynəlxalq Boks Şöhrət Zalının üzvünü Daylinews-az.com nəşri sitat gətirir.
Eyni zamanda, Tayson Sonni Listonu tarixdəki “ən qorxunc” boksçu adlandırıb.
“Sonni Liston – boks tarixində yaşamış ən qorxunc döyüşçüdür. Tutaq ki, o Çikaqoya gəlir, polis ona deyir: ‘Dinlə, sən buraya gələ bilməzsən’. O isə dörd polisi yerə sərər, onların çənəsini qırar, tapançalarını əlindən alar, özü isə bu vaxt başına dəyənəklə vurulardı… Sonni Listondan yaxşı döyüşçü yoxdur. O, bir canavar idi”, – deyə The Big Podcast with Shaq podkastında “Dəmir Mayk” bildirib.
Cek Dempsi 1913–1927-ci illərdə çıxış edib. Bu müddətdə 73 döyüş keçirib, 58 qələbə (44-ü nokautla) qazanıb, 6 dəfə uduzub və 9 döyüş hakim qərarı ilə heç-heçə ilə nəticələnib. 1919–1926-cı illərdə ağır çəkidə dünya çempionu olub.
Sonni Liston 1953–1970-ci illərdə peşəkar döyüşlərə çıxıb. Onun aktivində 50 qələbə (39-u nokautla) və 4 məğlubiyyət var. 1962–1964-cü illərdə ağır çəkidə dünya çempionu olub.
Corc Forman 81 döyüşdən 76-sında qələbə qazanıb, bunların 68-i nokautla olub. 5 dəfə məğlubiyyət yaşayıb. O, 45 yaşında – 1994-cü ildə WBA və IBF versiyaları üzrə dünya çempionu olaraq ən yaşlı ağır çəki dünya çempionu adına sahib çıxıb.





