Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarına fəal şəkildə davam edir.
FHN-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün göndərilib. Təyyarə ötən gün İzmir-Foça istiqamətində yerləşən meşə yanğınlarına qarşı mübarizədə iştirak edib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir və təyyarə bu prosesdə mühüm rol oynayır.