5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyətDiqqət! Əhalinin NƏZƏRİNƏ - Səhər saatlarından etibarən güclü maqnit qasırğası başlayıb

Diqqət! Əhalinin NƏZƏRİNƏ – Səhər saatlarından etibarən güclü maqnit qasırğası başlayıb

Yer kürəsində proqnozlara zidd olaraq güclü maqnit qasırğası baş verib.

Daylinews-az.com xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat verib. O bildirib ki, Bakı vaxtı ilə səhər 5:42-dən sonra geomaqnit sahəsində G3 sinifli güclü maqnit qasırğası qeydə alınıb. Bu hadisə proqnozların əksinə olaraq baş verib.

Leus qeyd edib ki, bir gün əvvəl baş verən qasırğa əvvəlcə G2 sinfinə çatmış, lakin proqnozlara əsasən, oktyabrın 8-də səhər G1 sinfinə enməsi və günorta tamamilə dayanması gözlənilirdi. Bununla belə, Yerin maqnitosferi daha da güclənib.

Maqnit qasırğasının təsirini öncədən dəqiq proqnozlaşdırmaq çətin olsa da, sinoptik qasırğanın qısamüddətli olacağını və yaxın saatlarda azalmağa başlayacağını irəli sürüb.

Qeyd edək ki, maqnit qasırğası meteohəssas insanlar, yaşı 60-dan yuxarı olanlar və müxtəlif xəstəlikləri olan şəxslərdə narahatlıq yarada bilər. Bu günlərdə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, yuxusuzluq kimi simptomlar müşahidə oluna bilər.

Sağlamlığa mənfi təsirin qarşısını almaq üçün telefon, kompüter və digər elektronik cihazlardan minimum istifadə etmək tövsiyə olunur.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər