“Azərbaycan Dəmir Yolları” QSC (ADY), iyun ayı üçün qeyri-iş və iş günlərinin dəyişməsi ilə əlaqədar olaraq Abşeron dairəvi dəmiryol marşrutu üzrə hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcəyini açıqlayıb. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat ADY-nin mətbuat xidmətindən verilib.
Yeni qrafikə əsasən:
- 21 iyun – qatarlar iş günləri üçün nəzərdə tutulmuş cədvəllə hərəkət edəcək
- 26, 27 və 28 iyun – qatarlar şənbə günü cədvəli ilə hərəkət edəcək
- 29 iyun – bazar günü qrafiki tətbiq olunacaq
Dəyişiklik sərnişin axınına uyğun olaraq xidmətin daha səmərəli təşkili məqsədi daşıyır. ADY vətəndaşlardan yenilənmiş cədvələ uyğun planlama aparmağı xahiş edir.





