Azərbaycandan Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı istiqamətində aktiv tədbirlər həyata keçirilir.
Daylinews-az.com xəbər verir ki, bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük Administrasiyası arasında koordinasiyalı işlər aparılır.
Görülən tədbirlər:
- Çin bazarına ixrac imkanlarının genişləndirilməsi məqsədilə sahibkarlarla görüşlər təşkil olunub.
- Görüşlərdə Çinin idxal tələbləri və keyfiyyət standartları barədə sahibkarlara ətraflı məlumat təqdim edilib.
- Məhsulların beynəlxalq tələblərə uyğunluğu istiqamətində dəstək tədbirləri planlaşdırılır.
Bu təşəbbüs Azərbaycanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması və ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.





