Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası təlim-məşq toplanışı üçün Türkiyənin Alanya şəhərinə yola düşüb.
Daylinews-az.com-in report-a istinadən verdiyi xəbərə görə, komandamız Alanyada Almaniya, Avstriya və yerli Türkiyə komandası ilə birlikdə məşqlərə qatılacaq. Bu təlim-məşq prosesi noyabrın 22-dək davam edəcək və ümumilikdə 12 idmançıdan – altı qız və altı oğlan voleybolçudan ibarət heyət hazırlanacaq.
Qadın voleybolçular təcrübəli rusiyalı məşqçi İqor Olefirin rəhbərliyi altında, kişi voleybolçular isə yeni təyin olunan latviyalı mütəxəssis Atvars Vildens ilə birlikdə hazırlıq keçəcəklər.